AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyulun 29-da saat 10:40-dan saat 12:15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gədəbəy rayonunun işğal olunmuş Örüşdaş dağında yerləşən mövqelərindən, Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Başkənd aşırımında yerləşən mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.