Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 5-də Azərbaycan Silahlı Qüvvələrinin aşağıda adları çəkilən 5 nəfər hərbi qulluqçusu döyüş tapşırığını yerinə yetirərkən minaya düşərək həlak olmuşlar:

- Baş leytenant Bəşirov Adıgözəl Aşur oğlu (20.04.1974-cü ildə anadan olub, 19.05.1988-ci ildə Zəngilən RHK-dən çağrılıb);  
- Kiçik çavuş Şahbazov Cavid Tanrıverdi oğlu (26.04.1984-cü ilda anadan olub,     04.04.2002-ci ildə Lerik RHK-dan çağrılıb);  
- Əsgər Ağayev Ruslan Şəhriyar oğlu (04.01.1984-cü ildə anadan olub, 2002-ci ilin      aprelində Sumqayıt ŞHK-dan  çağrılıb);  
- Əsgər İsayev Ramal Əmircan oğlu (20.06.1984-cü ildə anadan olub, 2002-ci ilin iyulunda Şəki RHK-dan çağrılıb);  
- Əsgər Qəhrəmanov Cavid Çingiz oğlu (02.10.1984-cü ildə  anadan olub, 2002-ci ilin  oktyabrında Beyləqan RHK-dan çağrılıb);
        
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olmuş hərbi qulluqçuların ailələrinə dərin hüznlə başsağlığı verir və onlara Allahdan rəhmət diləyir.