Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Avqust 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Milli Müdafiə Universitetinin istefada olan general Ceyms Devisin rəhbərliyi ilə “Kapstoun” qrupunu qəbul etmişdir.
General-polkovnik S.Əbiyev istefada olan ali və yüksək rütbəli zabitlərdən ibarət “Kapstoun” qrupunun üzvlərini salamlayaraq demişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra onun ən böyük məqsədi bu müstəqilliyi möhkəmləndirməkdir. Bu yol isə qərb  dövlətlərinə inteqrasiyadan, NATO ilə sıx əməkdaşlıqdan və Amerika Birləşmiş Ştatları ilə strateji əməkdaşlıqdan keçir.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən istefada olan general Ceyms Devis söyləmişdir ki, Avropa turnesinə biz Azərbaycan Respublikasından başladıq. Bu bizim üçün prinsipial məsələdir. Azərbaycanın geosiyasi məkanda yerləşməsi bizim bu qərarı qəbul etməyimizə üstünlük vermişdir. Azərbaycandan sonra biz Rumıniya, Kosovo, Türkiyə Respublikası və Avropanın digər ölkələrinə səfər edəcəyik.
Qonaqlar Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Azərbaycan Respublikasının beynəlxalq terrorizmlə mübarizə, Əfqanıstan və İraqda gedən proseslərlə bağlı Amerika  Birləşmiş Ştatları ilə əməkdaşlığı, Azərbaycan Respublikası Silahlı  Qüvvələrinin inkişafı, Türkiyə Respublikası ilə əməkdaşlıq və digər məsələlər haqqında Azərbaycanın Müdafiə nazirinə çoxsaylı suallar vermişlər və general-polkovnik S.Əbiyev onların suallarını cavablandırmışdır.