Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Avqust 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

Məlum olduğu kimi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılmışdı.
Həmin gün saat 12:15-də Azərbaycan Silahlı Qüvvələrinin tədbirdə iştirak edən şəxsi heyəti monitorinqi keçirən qrupun təhlükəsizliyini təmin etmək məqsədilə həmin sahəni minalardan təmizləyərkən Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun ərazisindəki yüksəkliklərdə yerləşən mövqelərindən onları atıcı silahlardan atəşə tutmuşlar.  
Nəticədə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik monitorinqin keçrilməsindən imtina etmiş və monitorinq baş tutmamışdır.
Düşmənə cavab atəşi açılmamışdır.
İtki yoxdur.