Avqustun 11-dən 20-dək Bakı şəhərində neft və qaz platformalarının mühafizəsi üzrə “GOPLAT” birgə Azərbaycan-ABŞ dəniz treninqi keçirilir.
Treninq antiterror xarakteri daşıyır və üzən qazma qurğularını, neft və qaz platformalarını, terminalları və dənizdə digər neft sənayesi obyektlərini ələ keçirmiş terrorçu qrupların üzə çıxarılması və məhv edilməsi üzrə Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin vərdişlərinin inkişafı və təkmilləşməsinə yönəlmişdir.
Praktiki məşğələlərdə ABŞ tərəfdən 18 hərbi qulluqçu, Azərbaycan tərəfdən 45 hərbi qulluqçu, 2 Mi-8 vertolyotu və 2 gözətçi kateri iştirak edirlər.
Məşğələlər zamanı şərti olaraq ələ keçirilmiş obyektə desantın çıxarılması və eləcə də poliqonda atəş hazırlığı nəzərdə tutulmuşdur.