Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Karel Kratki və Kennet Pikles keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırıkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Gennadi Korj və Yurgen Şmidt keçirəcəklər.