AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 17-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Aşağı Əskipara kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün dekabrın 9-da Moskva şəhərinə yola düşmüşdür.
Dekabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Müdafiə Katibinin Beynəlxalq Təhlükəsizlik Siyasəti üzrə köməkçisi xanım Mira Rikardeli qəbul etmişdir.
Dekabrın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Rudolf Perina (Amerika Birləşmiş Ştatları), Yuri Merzlyakov (Rusiya Federasiyası) və Anri Jakoleni (Fransa Respublikası) qəbul etmişdir.
Dekabrın 3-də Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Donald Ramsfeld Bakıya rəsmi səfərə gəlmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində dekabrın 1-dən 2-dək Brunsum şəhərində (Niderland Krallığı) “NATO-nun Şimal Regional Komandanlığının illik koordinasiya konfransı”, dekabrın 1-dən 5-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Avropada təhlükəsizlik və əməkdaşlıq” üzrə kurs, Bern şəhərində (İsveçrə) və Larisa şəhərində (Yunanıstan) “Hərbi terminalogiya» kursları və dekabrın 1-dən 12-dək Enkopinq şəhərində (İsveç Krallığı) “Vikinq-03” təlimi keçirilir.
Noyabrın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasında xidmətini başa vurmuş hərbi attaşesi polkovnik-leytenant Toun Kristofer Cozefi və respublikamızda yeni akkreditə olunmuş hərbi attaşesi polkovnik-leytenant Brendan B.MakAlunu qəbul etmişdir.
Noyabrın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Klaus Qrevrlini və Almaniyanın Azərbaycan Respublikasında yeni akkreditə olunmuş hərbi attaşesi I dərəcəli kapitan Konrad Zeemanı qəbul etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 28-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Tərtər rayonunun Qapanlı kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində noyabrın 24-dən 28-dək Oberammerqau şəhərində (Almaniya) "Strateji səviyyədə mülki-hərbi əməkdaşlıq" üzrə kurs və noyabrın 25-dən dekabrın 3-dək Salzburq şəhərində (Avstriya) "Cooperative Support-2003" təlimi keçirilir.