Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Noyabr 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Klaus Qrevrlini və Almaniyanın Azərbaycan Respublikasında yeni akkreditə olunmuş hərbi attaşesi I dərəcəli kapitan Konrad Zeemanı qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq Almaniyanın Azərbaycanda akkerditə olunmuş yeni hərbi attaşesini vəzifəsinin icrasına başlaması münasibətilə təbrik etmiş və ona uğurlar arzulamışdır.
Səfir K.Qrevlin səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür edərək bildirmişdir ki, Azərbaycanda Almaniyanın yeni təyin edilmiş hərbi attaşesini təqdim etmək üçün görüşə gəlmişdir. O, demişdir: "Biz bölgədəki geostrateji vəziyyəti nəzərə alaraq, Azərbaycanla xüsusilə təhlükəsizlik və müdafiə sahəsində intensiv əməkdaşlıqda maraqlıyıq".
Azərbaycan-Almaniya hərbi əməkdaşlığı məsələsinə toxunan Müdafiə naziri demişdir ki, biz bu məsələyə böyük əhəmiyyət veririk. O, demişdir: "Biz arzu edirik ki, Azərbaycan-Almaniya hərbi münasibətləri öz real nəticələrini versin və ümid edirəm ki, yeni hərbi attaşenin təyinatı ölkələrimiz arasında hərbi əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına xidmət edəcəkdir".
Hərbi attaşe I dərəcəli kapitan K.Zeeman özünü Azərbaycanın Müdafiə nazirinə təqdim edərək qeyd etmişdir ki, o, Almaniya-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etməsi üçün səylə çalışacaqdır.
Sonra tərəflər Azərbaycan-Almaniya hərbi əməkdaşlığı və Azərbaycan-NATO münasibətləri barəsində ətraflı söhbət etmişlər.
General-polkovnik S.Əbiyev görüşün sonunda Almaniyanın hərbi attaşesinə Cənubi Qafqaz regionunda mövcud olan situasiyanı, burada gedən prosesləri dərindən öyrənməyi və işində uğurlar əldə etməyi arzulamışdır.