Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Noyabr 2003 00:01

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasında xidmətini başa vurmuş hərbi attaşesi polkovnik-leytenant Toun Kristofer Cozefi və respublikamızda yeni akkreditə olunmuş hərbi attaşesi polkovnik-leytenant Brendan B.MakAlunu qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq polkovnik-leytenant Brendan B.MakAlunu yeni təyinatı münasibətilə təbrik etmiş və gündən-günə inkişaf edən Azərbaycan-ABŞ münasibətlərinin yeni daha aktiv mərhələyə qədəm qoyduğunu vurğulamışdır. O demişdir: "Biz ölkələrimiz arasından əlaqələri, xüsusilə hərbi sahədə əməkdaşlığı daha da genişləndirmək əzmindəyik. Hələ görüləsi çox işlərimiz var. Sizə bu işlərin reallaşmasında uğurlar arzulayıram".
Səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür edən hərbi attaşe polkovnik-leytenant Brendan B.MakAlun yeni təyinatından məmnun olduğunu bildirmişdir. O, demişdir: "Biz çox sıx əməkdaşlıq edirik və mən ABŞ-Azərbaycan hərbi əməkdaşlığının daha da dərinləşməsi, eləcə də sizin NATO ilə əməkdaşlıq üzrə təşəbbüslərinizin dəstəklənməsi istiqamətində əlimdən gələni əsirgəməyəcəyəm".
Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycan-NATO əməkdaşlığı haqqında qonaqlarla fikir mübadiləsi etmişdir. O, ölkələrimiz arasında əməkdaşlığın bölgədə təhlükəsizliyin və sabitliyin bərqərar olunmasına yardım edəcəyini vurğulamış və bir daha yeni hərbi attaşeyə işində uğurlar arzulamışdır.