ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 17-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Aşağı Əskipara kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Miroslav Vımetal və Yurgen Şmidt keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Gennadi Korj və Kennet Pikles keçirəcəklər.