AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uygun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 17-dən 20-dək Verona şərində (İtaliya Respublikası) “COOPERATIVE BEST EFFORT-03” təlimlərinə hazırlıq üzrə əsas Seminar, martın 17-dən 21-dək Budapeşt şərində (Macarıstan) NATO-nun Regional Mülki-Hərbi Əməkdaşlığının Əməliyyat Əlaqələndirilməsi üzrə kurs və Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Qərargah zabitləri üçün tanışlıq kursu, martın 17-dən 27-dək Brüssel şərində (Belçika Krallığı) NATO-nun Beynəlxalq Hərbi Qərargahı tərəfindən Əlaqələndirmə Qrupu ilə “Tərəfdaş Qərargah zabitləri ilə tanışlıq proqramı” mövzusunda birgə Seminar, martın 17 dən 28-dək Brunsum şəhərində (Hollandiya) Qərargah zabitləri üçün ingilis dilinin hərbi terminologiyası üzrə kurs, Münxen şəhərində (Almaniya Federativ Respublikası) Hərbi İngilis dili müəllimləri üçün İngilis dilinin terminologiyası və tədris metodları üzrə kurs, Ankara şəhərində (Türkiyə Respublikası) SNT Təlimlərinin planlaş¬dırılması üzrə kurs və martın 18-dən 22-dək Brüssel şəhərində (Belçika Krallığı) “COMBİNED ENDEAVOR-2003” təliminin Yekun Planlaşdırma Konfransı keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Almaniya Federativ Respublikasının Spankdahlem şəhərində martın 9-dan 16-dək Hava Hərəkətinin idarəolunması əməliyyatları üzrə tanışlıq kursu, Oberammerqau şəhərində martın 10-dan 17-dək Ehtiyatların idarə olunması üzrə təhsil proqramı kursu, Aahen şəhərində martın 10-dan 20-dək Maddi-Texniki Təminat üzrə kurs; Türkiyə Respublikasının Ankara şəhərində martın 10-dan 21-dək Silahlı Münaqişələr hüququ üzrə və Hava Məkanına nəzarət üzrə hərbi terminologiya kursları; İtaliya Respublikasının Roma şəhərində martın 10-dan 22-dək “Avropada Adi Silahlar haqqında Müqavilə” üzrə inspektorlar üçün kurs; Belçika Krallığının Brüssel şəhərində martın 12-də NATO-nun Neft Kəməri Komitəsinin növbəti görüşü; Gürcüstanda martın 13-dən 26-dək Almaniya Federativ Respublikasının Verifikasiya Mərkəzi tərəfindən Vyana-99 sənədi çərçivəsində inspeksiya keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 3-dən 7-dək Eksjö şəhərində (İsveç Krallığı) Mina təhlükəsi üzrə tədris kursu və Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Tərəfdaş ölkələr üçün yerüstü Hava Hücumundan Müdafiə vasitələri üzrə kurs, martın 3-dən 14-dək Budapeşt şəhərində (Macarıstan) Hava Əməliyyatları üzrə ingilis dili kursu, martın 4-dən 6-dək Fərqanə şəhərində (Özbəkistan) Təbii fəlakətlərə cavabvermə üzrə keçiriləcək təlimin Yekun Planlaşdırma Konfransı keçirilir.
Martın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının Azərbaycan Respublikasından fövqəladə və səlahiyyətli səfiri xanım Marqarita Kostanı, Türkiyə Respublikası və Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi birinci dərəcəli kapitan Marko Kuçizi qəbul etmişdir.
Rusiya Federasiyasının Müdafiə naziri Sergey İvanov fevralın 26-da Bakıya rəsmi səfərə gəlmişdir.
Fevralın 26-da “Panarmenian Network” informasiya agentliyi Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinad edərək, belə bir məlumat yaymışdır:
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 27-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvəti ilə Rusiya Federasiyasının Müdafiə naziri Serqey İvanov fevralın 26-da Bakı şəhərinə rəsmi səfərə gələcəkdir.
Fevralın 18-də saat 17:00-dan 17:45-dək Ermənistan Silahı Qüvvələrinin bölmələri Krasnoselsk rayonu sahəsindəki yüksəklikdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun Başkənd aşırımı ərazisində yerləşən mövqelərini atıcı silahlardan ara-sıra atəşə tutmuşlar.
13 fevral 2003-cü il tarixdə əsir düşmüş əsgər Ələkbərov Həmid Şərafəddin oğlu fevralın 18-də saat 12:30-da Azərbaycan tərəfinə qaytarılmışdır.