NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 5-dən 9-dək Buxarest şəhərində (Rumıniya) “İctimai İnformasiya Seminarı”, iyulun 5-dən 16-dək Haaqa şəhərində (Niderland Krallığı) “Müəllimlər üçün təlim seminarı” və Saloniki şəhərində (Yunanıstan) “Çoxmillətli Sülhü Dəstəkləmə əməliyyatları zabitlər üçün yüksək səviyyəli kurs” keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.