Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 13 Dekabr 1998 00:00

Dekabrın 12-də Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1998-ci tədris ilinin yekunlarına həsr edilmiş geniş kollegiyası keçirilmişdir.

Müdafiə Nazirliyinin məlumatı 11 Dekabr 1998 00:00

Dekabrın 10-da saat 17:20-dən 18:20-dək Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri Noemberyan rayonunun Berdavan yaşayış məntəqəsi istiqamətindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonu Qaymaqlı yaşayış məntəqəsi sahəsində yerləşən bölmələrini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 7 Dekabr 1998 00:00

Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində dekabrın 7-dən 13-dək Bolqarıstanda “Kooperativ Determineyşn” sülhməramlı komanda-qərargah təlimləri keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 5 Dekabr 1998 00:00

Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq dekabrın 6-dan 11-dək Bad-Ems (AFR) şəhərində hərbi informasiya üzrə seminar, dekabrın 7-dən 11-dək Paris şəhərində (Fransa) ikinci hərbi hava kompaniyası üzrə kurslar, dekabrın 7-dən 11-dək isə Oberamerqau şəhərində (AFR) silahlar üzərində nəzarət kursları keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 4 Dekabr 1998 00:00

Dekabrın 3-də saat 16:55-dən 17:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Noemberyan rayonunun Berdavan yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Qaymaqlı yüksəkliyində yerləşən mövqelərini avtomatlardan və pulemyotlardan; saat 21:30-dan 21:40-dək isə Berd rayonunun Paravakaryal yüksəkliyindəki mövqelərindən Ağstafa rayonunun Köhnəqışlaq yaşayış məntəqəsindəki mövqelərini avtomatlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 4 Dekabr 1998 00:00

Müdafiə Nazirliyi dekabrın 4-də saat 12:00-da Həzi Aslanov adına Mərkəzi Zabitlər evində (S.Vurğun küçəsi, 12) kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirir.

Müdafiə Nazirliyinin məlumatı 3 Dekabr 1998 00:00

Dekabrın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyətli səfiri Əlirza Biqdelini və hərbi attaşesi general-mayor Cəlal Mehribanı qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 2 Dekabr 1998 00:00

Dekabrın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alessandro Fallavollitanı və İtaliya Respublikasının Türkiyə və Azərbaycandakı hərbi attaşesi I dərəcəli kapitan Karlo Ferratanı qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 23 Noyabr 1998 00:00

Noyabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı İlhan Kılıçı və onu müşayiət edən şəxsləri qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 19 Noyabr 1998 00:00

Noyabrın 18-də saat 19:30-dan 19:45-dək Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri Krasnoselsk rayonu ərazisində yerləşən mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Gədəbəy rayonunun Başkənd aşırımında yerləşən bölmələrini atıcı silahlardan atəşə tutmuşlar.