Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Aprel 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 25-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 19:30-dan 19:35-dək Ağdam rayonunun işğal olunmuş Cəvahirli kəndinin cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Əhmədağalı kəndi sahəsindəki mövqelərini;
- saat 23:05-dən 23:50-dək Goranboy rayonunun işğal olunmuş Talış kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qazaxlı, Tat və Qırmızısaqqallar kəndləri sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Aprelin 26-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 00:00-dan 00:15-dək, 02:00-dan 02:20-dək və 03:30-dan 03:50-dək Füzuli rayonunun Aşağı Əbdürəhmanlı kəndinin 0,5 km. qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin sahəsində yerləşən üzbəüz mövqelərini;
- saat 02:00-dan 02:35-dək Ağdam rayonunun işğal olunmuş Başqərvənd kəndinin cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Çıraqlı kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.  
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.