Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Aprel 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində aprelin 25-dən 26-dək Helsinki şəhərində (Finlandiya) Ali Mülki Fövqəladə Planlaşdırma Komitəsinin iclası, Kiyev şəhərində (Ukrayna) “Sülhün sipəri-05” təliminin yekun planlaşdırma konfransı, aprelin 25-dən 29-dək Kunqsanqen şəhərində (İsveç Krallığı) “Təlim planlaşdırıcıları üçün kurs”, Vlore şəhərində (Albaniya) “Cooperative Engagement-05” təliminin əsas planlaşdırma konfransı, aprelin 25-dən mayın 6-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) “NATO-nun transformasiyası: Aralıq dənizinə baxış” ali məmur seminarı və Ankara şəhərində (Türkiyə Respublikası) “Terrorizm və qaçaqmalçılıqla mübarizə” kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.