Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 27-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 13:25-dən 13:35-dək Ağdam rayonunun işğal olunmuş Yusifcanlı kəndinin 0,1 km. şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin şərqində yerləşən üzbəüz mövqelərini;
- saat 15:40-da Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin 1 km. şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin şimalında yerləşən üzbəüz mövqelərini;
- saat 15:45-dən 16:05-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin 0,7 km. şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin şimalında yerləşən üzbəüz mövqelərini;
- saat 16:25-dən 16:40-dək Tərtər rayonunun işğal olunmuş Seysulan kəndinin 0,7 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin şərqində yerləşən üzbəüz mövqelərini;
- saat 18:20-dən 18:24-dək Ağdam rayonunun işğal olunmuş Şurabad kəndinin 0,5 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin şərqində yerləşən üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.  
Aprelin 28-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 00:50-dən 01:05-dək Tərtər rayonunun işğal olunmuş Ceraber kəndinin 1,5 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin şərqində yerləşən üzbəüz mövqelərini;
- saat 03:25-dən 03:35-dək Ağdam rayonunun işğal olunmuş Şıxlar kəndinin 0,5 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin şərqində yerləşən üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.  
İtki yoxdur.