Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 28-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 07:25-dən 21:41-dək Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin ərazisində yerləşən üzbəüz mövqelərini fasilələrlə;
- saat 08:10-dan 08:15-dək Füzuli rayonunun Yuxarı Veysəlli kəndinin şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qaraqanıtəpə dağının şimal-qərbində yerləşən üzbəüz mövqelərini;
- saat 11:10-dan 11:35-dək Ağdam rayonunun işğal olunmuş Yusifcanlı kəndinin şimalında və şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin şimal-qərbində və cənub- qərbində yerləşən üzbəüz mövqelərini;
- saat 11:40-dan 11:45-dək və saat 18:25-də Ağdam rayonunun işğal olunmuş Mərzili kəndinin 1,5 km. şərqində və 3 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin kəndin yaxınlığında yerləşən üzbəüz mövqelərini;
- saat 14:30-dan 14:40-dək Ağdam rayonunun işğal olunmuş Cəvahirli kəndinin 1,5 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Əhmədağalı kəndinin şimal-qərbində yerləşən üzbəüz mövqelərini;
- saat 18:20-dən 18:24-dək Ağdam rayonunun işğal olunmuş Şurabad kəndinin 0,5 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin şərqində yerləşən üzbəüz mövqelərini;
- saat 19:25-də Tərtər rayonunun işğal olunmuş Seysulan kəndinin 0,7 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qazyan kəndinin qərbində yerləşən üzbəüz mövqelərini;
- saat 22:55-dən 23:05-dək Ağdam rayonunun işğal olunmuş Tağıbəyli kəndinin 2 km. şimal-qərbində və işğal olunmuş Şıxlar kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Ayaqqərvənd və Ortaqərvənd kəndləri sahəsində yerləşən mövqelərini avtomatlardan və snayper tüfənglərindən atəşə tutmuşlar.
Aprelin 29-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 02:30-dan 02:40-dək Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin 1 km. şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin şərqində yerləşən üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.