Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 11 Aprel 1999 00:00

Aprelin 10-da saat 20:15-dən 20:20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal edilmiş Şıxlar kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Ayaq Qərvənd kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 10 Aprel 1999 00:00

Aprelin 9-da saat 19:45-dən 19:55-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Vazaşen yaşayış məntəqəsinin şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Musaköy kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 30 Mart 1999 00:00

Martın 30-da Müdafiə Nazirliyi Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavələr edilməsi mövzusunda mətbuat konfransı keçirmişdir.

Müdafiə Nazirliyinin məlumatı 27 Mart 1999 00:01

Martın 30-da saat 11:00-da Müdafiə Nazirliyi Mətbuat Xidməti Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavələr edilməsi mövzusunda mətbuat konfransı keçirəcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 27 Mart 1999 00:00

Martın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 24 Mart 1999 00:01

Martın 24-də, günü ikinci yarısında, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 24 Mart 1999 00:00

Martın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin qərargahının planlaşdırma və siyasət departamentinin rəisi Hərbi Hava Qüvvələri general-mayoru Çarlz Voksun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 22 Mart 1999 00:00

Martın 21-də saat 16:40-dan 17:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Vayk rayonunun Bartsruni yaşayış məntəqəsinin cənubundakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR Şahbuz rayonunun Şada yaşayış məntəqəsi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 19 Mart 1999 00:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Respublikasının Müdafiə naziri general-leytenant D.Tevzadzenin dəvəti ilə martın 17-si və 18-də Tbilisi şəhərində rəsmi səfərdə olmuşdur.

Müdafiə Nazirliyinin məlumatı 16 Mart 1999 00:01

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Respublikasının Müdafiə naziri general-leytenant D.Tevzadzenin dəvəti ilə martın 17-də Tbilisi şəhərinə işgüzar səfərə gedəcəkdir.