Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 İyun 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyunun 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Baş Katibinin Müdafiənin Planlaşdırılması üzrə müavini cənab Con Kolstonu qəbul etmişdir.
General-polkovnik Səfər Əbiyev qonağı salamlayaraq onunla Azərbaycan-NATO   əməkdaşlığının Fərdi Tərəfdaşlığın  Fəaliyyət Planı çərçivəsində uğurla davam etdirilməsi, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Ermənistan dövlətinin destruktiv mövqe tutması, ümumiyyətlə, onun regionda yürütdüyü işğalçılıq siyasəti və digər məsələlər haqqında fikir mübadiləsi etmişdir.
O, demişdir: “Azərbaycan NATO ilə əməkdaşlığını ən yüksək səviyyədə davam etdirəcəkdir”.
Cənab C.Kolston səmimi qəbula görə Müdafiə nazirinə təşəkkür edərək NATO-nun Baş Katibi cənab Y.H.Şxefferin salamlarını ona çatdırmışdır. Sonra o, NATO-Azərbaycan əməkdaşlığının perspektivləri haqqında Azərbaycanın Müdafiə naziri ilə geniş fikir mübadiləsi etmişdir. O, demişdir:  “Azərbaycan regionda vacib dövlətdir. O, təkcə özünün deyil, bütün regionun təhlükəsizliyinin qorunub saxlanılmasında mühüm rol oynayr. NATO Azərbaycanla əməkdaşlığını ciddi qəbul edir və şadam ki, bu əməkdaşlıq düzgün istiqamətdə davam etdirilir”.