Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 13-də saat 17:30-dan 17:40-dək Ağdam rayonunun işğal olunmuş Yusifcanlı kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini;
- saat 21:50-dən 21:55-dək Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin ərazisində yerləşən mövqelərindən Azərbaycan  Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini avtomatlardan və snayper tüfənglərindən atəşə tutmuşlar.
Düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.