Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyun 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 21-də saat 08:00-dan 08:07-dək Füzuli rayonunun ərazisindəki Lələ-İlahi dağının 0,8 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini;
- saat 20:40-dan 20:55-dək Ağdam rayonunun işğal olunmuş Mərzili kəndinin 4,5 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.