Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyun 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 20-dən 21-dək Mons şəhərində (Belçika Krallığı) “Tərəfdaşlığın Koordinasiya Qrupunun illik konfransı”, iyunun 20-dən 24-dək Neapol şəhərində (İtaliya) “Dəniz əməliyyatlarının planlaşdırılması üzrə seminar”,   Sofiya şəhərində (Bolqarıstan) “Maddi-texniki təminat üzrə konfrans”, iyunun 21-dən 23-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Təlim və tədris şəbəkəsi üzrə konfrans”, Vlore şəhərində  (Albaniya) “Cooperative Engagement-05” təliminin yekun planlaşdırma  konfransı və iyunun 21-dən 25-dək Odessa şəhərində (Ukrayna) “Rough and Ready-2005” təliminin seminarı keçirilir.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış   ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyunun 21-dən 23-dək İstanbul şəhərində (Türkiyə Respublikası) Gölcük suüstü təlim mərkəzində komanda qərargah təlimi keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.