Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyun 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyunun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi ser Brayan Follu və Krallığın Xarici İşlər Nazirliyi Şərq Departamentinin rəisi cənab Saymon Smiti qəbul etmişdir.
General-polkovnik Səfər Əbiyev qonaqları salamladıqdan sonra tərəflər Cənubi Qafqaz regionunda mövcud olan ictimai, hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, NATO-Azərbaycan və Azərbaycan-Böyük Britaniya əlaqələri ətrafında fikir mübadiləsi etmişlər.
Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri doktor Lauri Bristou iştirak etmişdir.