Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 6 Dekabr 2005 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:

Müdafiə Nazirliyinin məlumatı 5 Dekabr 2005 00:00

Dekabrın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə nazirinin köməkçisinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini cənab Ceyms Makduqalı qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 28 Noyabr 2005 00:02

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- noyabrın 28-dən dekabrın 2-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Çoxmillətli maddi-texniki təminat mərkəzi” kursu;- noyabrın 28-dən dekabrın 9-dək Qarmiş Partinkirxen şəhərində (Almaniya Federativ Respublikası) “İngilis dili üzrə test mütəxəssisləri üçün seminar” keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 28 Noyabr 2005 00:01

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 29-da Füzuli rayonunun Qaraxanbəyli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 24 Noyabr 2005 00:01

Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq noyabrın 24-dən 25-dək Varşava şəhərində hərbi-texniki əməkdaşlıq üzrə məsləhətləşmələr aparılır.

Müdafiə Nazirliyinin məlumatı 24 Noyabr 2005 00:00

Noyabrın 23-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 13:20-dən 14:00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 1.5 km cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 21 Noyabr 2005 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- noyabrın 21-dən 24-dək Tbilisi şəhərində (Gürcüstan Respublikası) “Mülki-hərbi əməkdaşlıq” üzrə konfrans;- noyabrın 21-dən 25-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Mülki Fövqəladə Planlaşdırma və Mülki-Hərbi Əməkdaşlıq” kursu keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 19 Noyabr 2005 00:00

Noyabrın 18-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 13:25-dən 13:45-dək Tərtər rayonunun Borsunlu kəndinin 3,7 km qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 18 Noyabr 2005 00:02

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 19-da Ağdam rayonunun Baş Qərvənd kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 18 Noyabr 2005 00:01

Noyabrın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Baş Katibinin Təhlükəsizlik və Tərəfdaşlıq üzrə yardımçısının müavini, Baş Katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Robert Simmonsu qəbul etmişdir.