Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Dekabr 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh  Naminə Tərəfdaşlıq”  proqramı çərçivəsində:
  - dekabrın 5-dən 9-dək Bakı şəhərində (Azərbaycan Respublikası) “Hərbi terminologiya”, Ankara şəhərində (Türkiyə Respublikası) “İnsan alveri və qaçaqmalçılıqla mübarizə” kursları;
- dekabrın 5-dən 16-dək Lüzern şəhərində (İsveç Krallığı) “Vikinq 2005” təlimi;   
- dekabrın 6-dan 8-dək San Dieqo şəhərində (ABŞ) “Rapid Trident – 2006” təliminin ilkin   konfransı keçirilir.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq  planına uyğun olaraq:
- dekabrın 5-dən 7-dək Bakı şəhərində təlim və əməkdaşlıq üzrə tanışlıq səfəri;  
- dekabrın 7-dən yanvarın 1-dək Ankara şəhərində  “Rəqəmli xəritəçilik” kursu;  
Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq  planına uyğun olaraq, dekabrın 6-dan 9-dək Bakı şəhərində ikitərəfli qərargah danışıqları keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.