AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- aprelin 9-dan 11-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) “Müdafiənin transformasiyası” üzrə konfrans; - aprelin 10-dan 14-dək Bakı şəhərində “Beynəlxalq Humanitar Hüquq” kursu; - aprelin 10-dan iyunun 30-dək Budapeşt şəhərində (Macarıstan Respublikası) “Hərbi ingilis dili” kursu keçirilir.
Aprelin 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Robert Simmonsu qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 7-də saat 15:00-dan 15:10-dək Ermənistan Respublikası Krasnoselsk rayonunun ərazisindəki Laqziyal dağında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun ərazisindəki üzbəüz mövqelərini;- saat 19:10-dan 19:15-dək Qazax rayonunun işğal olunmuş Boqanis Ayrım kəndinin 0,5 km.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 6-da saat 11:20-dən 11:25-dək Qazax rayonunun Quşçu Ayrım kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini və kəndin özünü; - saat 14:00-dan 14:30-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini və kəndin özünü atıcı silahlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 4-də saat 14:55-dən 15:00-dək Ermənistan Respublikası Noyamberyan rayonunun Voskevan kəndinin 3 km.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 6-da Qazax rayonunun Məzəmli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 3-də saat 17:55-dən 18:00-dək Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndinin 1,7 km.
Aprelin 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Prezidenti cənab Yakob Kellenbergeri qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 2-də saat 21:45-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini; - saat 23:05-də Qazax rayonunun Cəfərli kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini və Cəfərli kəndini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 2-də saat 09:00-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin 1,3 km.