Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Aprel 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 2-də saat 09:00-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin 1,3 km. şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları, əsgər Yaqubov Şaban Məhəmməd oğlu (1987-ci ildə anadan olub, 2005-ci ilin aprelində Zaqatala RHK-dan çağrılıb) ağır yaralanaraq şəhid olmuş və əsgər Şirinov Niyammədin Əsəd oğlu (1979-cu ildə anadan olub, 2005-ci ilin yanvarında Goranboy RHK-dan çağrılıb) yaralanmışdır.
Düşmənə cavab atəşi açılmışdır.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olmuş hərbi qulluqçunun valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbr diləyir.