Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 25 Aprel 2006 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 24-də saat 23:00-dan 23:15-dək Qazax rayonunun işğal olunmuş Aşağı Əskipara və Boğanis Ayrım kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini;- aprelin 25-də saat 02:50-də Ermənistan Respublikası Noyamberyan rayonunun Voskevan kəndinin 1,8 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı mövqelərini;- saat 05:15-də Qazax rayonunun Cəfərli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 24 Aprel 2006 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 23-də saat 20:25-dən 20:30-dək Qazax rayonunun Məzəmli kəndinin 0,8 km.

Müdafiə Nazirliyinin məlumatı 24 Aprel 2006 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- aprelin 24-dən 28-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Çoxmillətli Maddi Texniki Təminat Mərkəzi” üzrə kurs;- aprelin 24-dən mayın 5-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Əməliyyat Planlaşdırma kursu; - aprelin 25-dən 27-dək İzmir şəhərində (Türkiyə Respublikası) “Yerüstü hava hücumundan müdafiə” üzrə seminar və Kiyev şəhərində (Ukrayna) “Rapid Trident 2006” təliminin yekun planlaşdırma konfransı keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 19 Aprel 2006 00:00

İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Mustafa Məhəmməd Nəccar aprelin 19-da Bakıya rəsmi səfərə gəlmişdir.

Müdafiə Nazirliyinin məlumatı 18 Aprel 2006 00:00

Aprelin 18-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Bernar dü Şafonu qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 17 Aprel 2006 00:01

Aprelin 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harnişi səfirlik missiyasının başa çatması ilə əlaqədar qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 17 Aprel 2006 00:00

Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli razılaşmaya uyğun olaraq aprelin 17-dən 21-dək Bakı şəhərində “BTC neft kəmərinin təhlükəsizliyi:

Müdafiə Nazirliyinin məlumatı 15 Aprel 2006 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 15-də saat 00:00-dan 00:45-dək Qazax rayonunun Məzəmli və işğal olunmuş Aşağı Əskipara kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini və Məzəmli kəndini;- İcevan rayonunun Berkaber kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığındakı mövqelərini;- saat 05:30-dan 05:35-dək Tərtər rayonunun Qarmiravan kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 13 Aprel 2006 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 12-də saat 20:26-da Noyamberyan rayonunun Vozkevan kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı mövqelərini;- saat 23:35-dən 23:45-dək Krasnoselsk rayonunun ərazisindəki yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki üzbəüz mövqelərini;- aprelin 13-də saat 00:00-dan 00:10-dək İcevan rayonunun Berkaber kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Məzəmli və Qızılhacılı kəndləri yaxınlığındakı mövqelərini; - saat 00:55-də Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərindən kəndin özünü avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 12 Aprel 2006 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 11-də saat 16:20-də Ermənistan Respublikası Noyamberyan rayonunun Berdavan kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki üzbəüz mövqelərini; - saat 22:05-dən 22:15-dək Ermənistan Respublikası Noyamberyan rayonunun Şavarsavan kəndi, Qazax rayonunun işğal olunmuş Boğanis Ayrım və Aşağı Əskipara kəndləri sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.