Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 23-də saat 20:25-dən 20:30-dək Qazax rayonunun Məzəmli kəndinin 0,8 km. cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini;
- saat 22:30-dan 22:45-dək Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan və Şavarşavan kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki üzbəüz mövqelərini və Quşçu Ayrım kəndini;
- saat 23:35-dən 23:45-dək Ermənistan Respublikası Noyemberyan rayonunun ərazisindəki Aznakar dağının şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.