Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- aprelin 24-dən 28-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Çoxmillətli Maddi Texniki Təminat Mərkəzi” üzrə kurs;
-  aprelin 24-dən mayın 5-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Əməliyyat Planlaşdırma kursu;  
- aprelin 25-dən 27-dək İzmir şəhərində (Türkiyə Respublikası) “Yerüstü hava hücumundan müdafiə” üzrə seminar və Kiyev şəhərində (Ukrayna) “Rapid Trident 2006” təliminin yekun planlaşdırma konfransı keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.