Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Aprel 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harnişi səfirlik missiyasının başa çatması ilə əlaqədar qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra, onun Azərbaycanda səfirlik etdiyi dövrdə ikitərəfli münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın xeyli inkişaf etdiyini qeyd etmişdir.
General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin həllinə toxunaraq vurğulamışdır ki, ABŞ münaqişənin beynəlxalq hüquq normaları və dövlətlərin ərazi bütövlüyü çərçivəsində öz həllini tapması istiqamətində səylərini artırmalıdır. O, demişdir: “Hesab edirəm ki, Amerikalı həmsədr S.Manın regiona səfəri münaqişənin həllində öz müsbət təsirini göstərəcəkdir”.
Səfir R.Harniş səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək bildirmişdir ki, ABŞ-Azərbaycan əməkdaşlığı strateji xarakter daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-a rəsmi səfəri əlaqələrimizin daha da inkişaf etməsinə təkan verəcəkdir.
Görüşdə iki dövlət arasında əlaqələrin perspektivləri müzakirə edilmişdir.
Görüşün sonunda general-polkovnik S.Əbiyev səfir R.Harnişə Azərbaycandakı səfirlik fəaliyyətinə görə təşəkkür etmiş və yeni işində ona uğurlar arzulamışdır.