AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 18-də saat 13:30-dan noyabrın 19-u saat 01:10-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 17:50-dən 22:40-dək fasilələrlə Tərtər rayonunun Çaylı və Çiləbürt kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 23:05-dən 00:00-dək fasilələrlə Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Veysəlli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- noyabrın 19-da saat 03:10-dan 03:59-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Noyabrın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş yeni hərbi attaşesi polkovnik Daniel Şambonu qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 16-da saat 20:55-dən noyabrın 17-si saat 01:30-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Qərvənd kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 23:50-dən noyabrın 17-si saat 04:55-dək fasilələrlə Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən; - noyabrın 17-si saat 00:05-dən 01:30-dək Ağdam rayonunun Tağıbəyli və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 15-də saat 09:55-dən 10:00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 21:50-dən 22:00-dək Füzuli rayonunun Alxanlı kəndində yerləşən mövqelərdən;- noyabrın 16-da saat 03:00-dan 03:20-dək Tərtər rayonunun Həsənqaya kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 04:00-dan 04:15-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 14-də saat 15:45-dən 19:20-dək fasilələrlə Ermənistan Respublikası İcəvan və Noyemberyan rayonlarının ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli və Kəmərli kəndləri yaxınlığındakı mövqelərini;- saat 13:10-dan 15:50-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 15:10-dan 15:20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 20:30-dan 20:40-dək Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən;- noyabrın 15-də saat 06:30-dan 06:40-dək Ağdam rayonunun Sarıcalı və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Noyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Karolin Braunu qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 13-də saat 17:20-dən 17:30-dək və saat 18:20-dən 18:40-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Gülüstan kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 21:05-dən noyabrın 14-ü saat 01:20-dək fasilələrlə Tərtər rayonunun Çaylı və Çiləbürt kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 03:35-dən 05:00-dək fasilələrlə Ağdam rayonunun Tağıbəyli və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Noyabrın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Dato Saipulu qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 12-də saat 18:10-dan noyabrın 13-ü saat 02:17-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 22:02-dən noyabrın 13-ü saat 02:30-dək fasilələrlə Ağdam rayonunun Şıxlar, Tağıbəyli və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 22:30-dan noyabrın 13-ü saat 04:45-dək fasilələrlə Füzuli rayonunun Alxanlı və Qaraxanbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutumuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 11-də saat 19:25-dən 19:45-dək Goranboy rayonunun Gülüstan kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 19:50-dən 20:20-dək və saat 23:45-dən 23:50-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 18:00-dan noyabrın 12-də saat 06:35-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli və Şıxlar kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.