Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Noyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 18-də saat 13:30-dan noyabrın 19-u saat 01:10-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 17:50-dən 22:40-dək fasilələrlə Tərtər rayonunun Çaylı və Çiləbürt kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:05-dən 00:00-dək fasilələrlə Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Veysəlli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- noyabrın 19-da saat 03:10-dan 03:59-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.