Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Noyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 13-də saat 17:20-dən 17:30-dək və saat 18:20-dən 18:40-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Gülüstan kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:05-dən noyabrın 14-ü saat 01:20-dək fasilələrlə Tərtər rayonunun Çaylı və Çiləbürt kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 03:35-dən 05:00-dək fasilələrlə Ağdam rayonunun Tağıbəyli və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.