Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Noyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş yeni hərbi attaşesi polkovnik Daniel Şambonu qəbul etmişdir.
Tanışlıq xarakteri daşıyan görüş zamanı Azərbaycan-Fransa əlaqələrinin perspektivləri, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinin həlli barəsində fikir mübadiləsi aparılmışdır. Müdafiə naziri qeyd etmişdir ki, münaqişənin həlli ilə məşğul olan, Fransanın da həmsədri olduğu ATƏT-in Minsk Qrupu səylərini gücləndirməlidir. Hələlik indiki fəaliyyət o qədər də qənaətbəxş deyildir.
Görüşün sonunda general-polkovnik S.Əbiyev hərbi attaşeni yeni təyinatı münasibətilə təbrik etmiş və Azərbaycan-Fransa hərbi əməkdaşlığının inkişafında ona uğurlar arzulamışdır.