Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Noyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 12-də saat 18:10-dan noyabrın 13-ü saat 02:17-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 22:02-dən noyabrın 13-ü saat 02:30-dək fasilələrlə Ağdam rayonunun Şıxlar, Tağıbəyli və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:30-dan noyabrın 13-ü saat 04:45-dək fasilələrlə Füzuli rayonunun Alxanlı və Qaraxanbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutumuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.