Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Noyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Dato Saipulu qəbul etmişdir.
Görüş tanışlıq xarakteri daşımışdır.
Müdafiə naziri qonağı yeni təyinatı münasibətilə təbrik etmiş və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətindən danışmışdır.
Səfir D.Saipulu öz növbəsində Malayziyanın ölkəmizdə ilk səfiri kimi Malayziya-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini qeyd etmişdir.
Görüşdə Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılmışdır.