Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 26 Noyabr 2007 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində:- Bakı şəhərində "NATO-nun Madrid şəhərindəki Quru Qoşunları Komponent Komandanlığının Mobil Təlim qrupunun təlim kursu” (26-27 noyabr);- Solneçnoqorsk şəhərində (Rusiya) Beynəlxalq Humanitar Hüquq üzrə "Senej-48” kursu (26 noyabr-07 dekabr);- London şəhərində (Böyük Brintaniya) "İngilis dili" kursu (26 noyabr — 03 dekabr);- Vilnüs şəhərində (Litva) Cənubi Qafqaz və Moldova üzrə "Clearing House” konfransı (27-29 noyabr) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 26 Noyabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 25-də saat 13:12-dən noyabrın 26-sı saat 00:16-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 16:00-dan 16:20-dək və noyabrın 26-da saat 05:25-dən 05:40-dək Ağdam rayonunun Nəmirli, Şıxlar və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 18:55-dən 23:15-dək fasilələrlə Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli və Qorqan Veysəlli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- noyabrın 26-da saat 00:50-dən 02:10-dək fasilələrlə Tərtər rayonunun Göyarx və Çiləbürt kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 26 Noyabr 2007 00:00

Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclası keçirilmişdir.

Müdafiə Nazirliyinin məlumatı 24 Noyabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 23-də saat 22:50-dən 23:10-dək Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki mövqelərini;- noyabrın 24-ü saat 02:15-dən 04:45-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli və Sarıcalı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 23 Noyabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 22-də saat 09:14-dən 09:55-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 23:15-dən noyabrın 23-ü saat 01:45-dək fasilələrlə Füzuli rayonunun Qaraxanbəyli və Alxanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 01:00-dan 01:10-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 22 Noyabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 21 -də saat 16:25-dən 16:30-dək Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 18:45-dən 19:00-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- noyabrın 22-də saat 01:40-dan 01:55-dək və saat 04:00-dan 04:45-dək Ağdam rayonunun Cəvahirli və Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 21 Noyabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 20-də saat 17:45-də Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi sahəsindəki mövqelərini;- saat 22:05-dən 22:35-dək Tərtər rayonunun Çaylı kəndinin yaxınlığında yerləşən mövqelərdən;- noyabrın 21-də saat 06:20-dən 06:45-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 20 Noyabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 19-da saat 19:10-dan 19:25-dək və noyabrın 20-də saat 05:20-dən 05:40-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- noyabrın 20-də saat 00:50-dən 05:40-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli və Sarıcalı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 01:30-dan 01:55-dək Tərtər rayonunun Göyarx kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 20 Noyabr 2007 00:00

Noyabrın 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Patskeviçi qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 19 Noyabr 2007 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində:İstanbul şəhərində (Türkiyə) "Avrasiya ulduzu-2007” təlimi (19-29 noyabr);Qarmiş Partinkirxen şəhərində (Almaniya) "Dil testi" mövzusunda seminar (19-30 noyabr);- Bidqəş şəhərində (Polşa) "Kooperativ Marlin-2008" təliminin ilkin planlaşdırma konfransı (21-22 noyabr) keçirilir.