Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Noyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclası keçirilmişdir.
Müdafiə naziri general-polkovnik S.Əbiyev 2007-ci ilin yekunları ilə bağlı etdiyi məruzəsində Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi və onun modernləşdirilməsi istiqamətində əldə olunan müsbət nəticələrdən ətraflı söhbət açmışdır.
Nazir S.Əbiyev bir il ərzində əldə edilmiş müvəffəqiyyətləri qeyd etməklə yanaşı, bəzi problemləri və onların aradan qaldırılması yollarını da kollegiya iştirakçılarının diqqətinə çatdırmışdır.
İclasda ilin yekunları ilə bağlı Müdafiə nazirinin əmri oxunmuşdur.
Sonda general-polkovnik S.Əbiyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin adından tədris ilində fərqlənən zabitlərə və generallara qiymətli hədiyyələr, orden və medallar təqdim etmişdir.