Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 22-də saat 09:14-dən 09:55-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 23:15-dən noyabrın 23-ü saat 01:45-dək fasilələrlə Füzuli rayonunun Qaraxanbəyli və Alxanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 01:00-dan 01:10-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.