Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Noyabr 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində:
İstanbul şəhərində (Türkiyə) "Avrasiya ulduzu-2007” təlimi (19-29 noyabr);
Qarmiş Partinkirxen şəhərində (Almaniya) "Dil testi" mövzusunda seminar (19-30 noyabr);
- Bidqəş şəhərində (Polşa) "Kooperativ Marlin-2008" təliminin ilkin planlaşdırma konfransı (21-22 noyabr) keçirilir.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq İstanbul şəhərində "Briqada və korpus əməliyyatları" üzrə staj təlimi (19 noyabr-03 dekabr ) və Ankara şəhərində "Kontakt linzaların yerləşdirilməsi" üzrə kurs (19 noyabr-03 dekabr);
Azərbaycan Respublikası ilə Litva arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində "Silahlı Qüvvələrdə G strukturunun tətbiqi" üzrə seminar (20-21 noyabr);
Azərbaycan Respublikası ilə Belarus arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri sahəsində əməkdaşlıq məsələləri üzrə işçi görüşü (19-20 noyabr);
Azərbaycan Respublikası ilə Ukrayna arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Hərbi təhsil sahəsində təcrübə mübadiləsi (19-22 noyabr) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.