Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Noyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 25-də saat 13:12-dən noyabrın 26-sı saat 00:16-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 16:00-dan 16:20-dək və noyabrın 26-da saat 05:25-dən 05:40-dək Ağdam rayonunun Nəmirli, Şıxlar və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 18:55-dən 23:15-dək fasilələrlə Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli və Qorqan Veysəlli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- noyabrın 26-da saat 00:50-dən 02:10-dək fasilələrlə Tərtər rayonunun Göyarx və Çiləbürt kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.