AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabrın 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Patskeviçi qəbul etmişdir.
Görüşdə Azərbaycan-Belarus iki ölkə arasında əməkdaşlığın perspektivləri, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılmışdır.