Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 19-da saat 19:10-dan 19:25-dək və noyabrın 20-də saat 05:20-dən 05:40-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;
- noyabrın 20-də saat 00:50-dən 05:40-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli və Sarıcalı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 01:30-dan 01:55-dək Tərtər rayonunun Göyarx kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.