Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 8 May 1998 00:01

Mayın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev ABŞ sənaye kollecinin mülki şəxslərdən və hərbiçilərdən ibarət bir qrup dinləyicisini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 5 May 1998 00:03

NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 6-dan 15-dək ABŞ-ın Arizona ştatında çoxmillətli “Kooperativ Zenit” təlimləri keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 5 May 1998 00:02

Mayın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev Atlantika Müqaviləsi Assosiasiyasının sədri cənab Teodossis Qeorqiunu qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 5 May 1998 00:01

Mayın 6-dan 8-dək Brüssel şəhərində (Belçika Krallığı) NATO dövlətləri və tərəfdaş ölkələrin Silahlı Qüvvələri Baş Qərargah rəislərinin müşavirəsi və NATO-nun Avropadakı birləşmiş Silahlı Qüvvələrinin Ali qərargah-mənzilinin illik konfransı keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 5 May 1998 00:00

Mayın 4-də saat 13:45-dən 14:10-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Krasnoselsk rayonu ərazisində yerləşən Örükdaş dağındakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun Mutudərə kəndi sahəsindəki mövqelərini iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 4 May 1998 00:01

NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 4-dən 8-dək Oberamerqau şəhərində (AFR) böhran vəziyyətlərinin idarə olunması üzrə çoxmillətli kurslar keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 21 Aprel 1998 00:01

Aprelin 21-dən 23-dək Hamburq şəhərində (Almaniya Federativ Respublikası) Bundesver tərəfindən təşkil edilmiş “Almaniyanın xarici təhlükəsizlik siyasətində Avropa aspektləri” mövzusunda seminar keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 20 Aprel 1998 00:01

Azərbaycan Respublikası ilə NATO arasında işlənib hazırlanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində aprelin 20-dən 24-dək Oberamerqau şəhərində (Almaniya Federativ Respublikası) adi silahlar üzərində nəzarətin yerinə yetirilməsi kursları və aprelin 20-dən mayın 1-dək isə San-Remo şəhərində (İtaliya Respublikası) Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkil etdiyi Beynəlxalq İnsansevərlik Hüququna dair hərbi seminar çərçivəsində təlim məşqləri keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 19 Aprel 1998 00:00

Aprelin 19-da saat 20:30-dan 20:45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər rayonunun işğal olunmuş Talış kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonu Tapqaraqoyunlu kəndi sahəsindəki bölmələrini avtomatik silahlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 15 Aprel 1998 00:01

Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyevin dəvətilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı İsmayıl Haqqı Qaradayı aprelin 13-dən 15-dək Bakıda rəsmi səfərdə olmuşdur.