Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 5-də saat 19:30-dan 19:45-dək  Ermənistan Respublikası İcevan rayonu Azatamut kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi ərazisində yerləşən mövqelərini;
- saat 18:30-dan 18:45-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 22:50-dən 23:20-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;  
- saat 22:30-dan 22:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- iyunun 6-da saat 03:45-dən 03:50-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və  pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.