Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 16 İyun 1998 00:00

İyunun 17-dən 20-dək NATO Qüvvələrinin planlaşdırılması şöbəsinin rəis müavini B.Makkendri başda olmaqla NATO-nun nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 15 İyun 1998 00:00

İyunun 15-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik S.Əbiyev Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Jak Bomeli, Corc Klerfaytı və Ermənistan üzrə məruzəçisi Eysso Bolteri qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 12 İyun 1998 00:00

İyunun 12-də Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli “C.Naxçıvanski adına hərbi liseyin 25 illiyinin keçirilməsi haqqında” sərəncamına əsasən Müdafiə Nazirliyində yaradılmış Təşkilat komitəsinin növbəti iclası keçirilib.

Müdafiə Nazirliyinin məlumatı 9 İyun 1998 00:00

İyunun 11-dən 12-dək Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun qərargah-mənzilində Avropa-Atlantik İttifaqı Şurası çərçivəsində NATO üzvü olan və tərəfdaş ölkələrin Müdafiə nazirlərinin sessiyası keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 5 İyun 1998 00:00

İyunun 4-də saat 17:40-dan saat 18:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonu Aygedzor yaşayış məntəqəsi sahəsindəki mövqelərindən, Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu Hacıhəsənli kəndi sahəsindəki mövqelərini avtomatlardan və tankəleyhinə qumbaraatanlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 4 İyun 1998 00:01

İyunun 4-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik S.Əbiyev ABŞ Müdafiə Nazirinin strategiya və təhlükəsizliyin azaldılması məsələləri üzrə köməkçisi cənab Edvard L.Uorneri və nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 4 İyun 1998 00:00

Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik S.Əbiyevin dəvətilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı ordu generalı Hüseyn Kıvrıkoğlu və onun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdə olmuşdur.

Müdafiə Nazirliyinin məlumatı 2 İyun 1998 00:00

İyunun 2-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı ordu generalı Hüseyn Kıvrıkoğlu və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik S.Əbiyevin dəvətilə Bakıya rəsmi səfərə gəlmişdir.

Müdafiə Nazirliyinin məlumatı 1 İyun 1998 00:00

NATO ilə Azərbaycan Respublikası arasındakı fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 1-dən 5-dək Oberammergau şəhərində (Almaniya Federativ Respublikası) sülhməramlı əməliyyatlar üzrə NATO kursları və iyunun 2-dən 9-dək Norxold şəhərində (Böyük Britaniya) “Kooperativ Bear – 98” təlimlərinin planlaşdırılması üzrə yekun konfransı keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 29 May 1998 00:01

Mayın 28-də saat 23:35-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal olunmuş Ağdərənin Çerabert kəndi istiqamətindən, Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunun həmsərhəd ərazisində yerləşən mövqelərinə həmlə ilə soxulmağa cəhd göstərmişlər.