Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 7 Dekabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 6-da saat 19:35-dən dekabrın 7-si saat 05:45-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 23:05-dən dekabrın 7-si saat 01:50-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- dekabrın 7-də saat 01:44-dən 04:50-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 04:40-dan 04:55-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 6 Dekabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 5-də saat 13:45-dən 14:00-dək Ermənistan Respublikası Berd rayonu Çinari kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı mövqelərini;- saat 20:45-dən 20:55-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən;- Dekabrın 6-da saat 02:50-dən 03:20-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 04:15-dən 04:30-dək Ağdam rayonunun Sarıcalı və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 5 Dekabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 4-də saat 19:35-dən dekabrın 5-i saat 02:30-dək fasilələrlə Ağdam rayonunun Şurabad və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 22:00-dan 20:20-dək Füzuli rayonunun Alxanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 22:30-dan 22:40-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 22:50-dən 23:50-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 4 Dekabr 2007 00:01

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Estoniya Respublikasının Müdafiə naziri cənab Yaak Aaviksoonun dəvəti ilə dekabrın 4-dən 6-dək Tallin şəhərində rəsmi səfərdə olacaqdır.

Müdafiə Nazirliyinin məlumatı 4 Dekabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 3-də saat 23:10-dan dekabrın 4-ü saat 01:00-dək fasilələrlə Ağdam rayonunun Sarıcalı, Cəvahirli və Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 00:40-dan 00:50-dək Füzuli rayonunun Alxanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 3 Dekabr 2007 00:03

Dekabrın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycanda işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə naziri-Bəhreyn Müdafiə Qüvvələri Komandanının müavini general Şeyx Xəlifə Bin Əhməd Əl Xəlifəni və nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 3 Dekabr 2007 00:02

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində:- Ankara şəhərində (Türkiyə) "Terrorizm və Media” kursu (03-07 dekabr);- Bakı şəhərində "Hərbi terminologiya" kursu (03-07 dekabr);- London şəhərində (Böyük Britaniya) "Silahlara nəzarət" üzrə ekspeditsiya (03-09 dekabr);- Odessa şəhərində (Ukrayna) "Sea Breeze 2008" təliminin İlkin Planlaşdırma Konfransı (05-07 dekabr) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 3 Dekabr 2007 00:01

Keçən həftə Ermənistanın baş naziri S.Sarkisyan xarici mətbuat nümayəndələri ilə görüşdə Azərbaycana qarşı həyasız ittihamlarını davam etdirib.

Müdafiə Nazirliyinin məlumatı 3 Dekabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 2-də saat 15:45-dən 16:05-dək Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndinin cənub-qərbində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı mövqelərini;- saat 18:36-dan dekabrın 3-ü saat 05:15-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 00:15-dən 05:35-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli və Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 1 Dekabr 2007 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 1-də saat 00:05-dən 00:07-dək Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 00:55-dən 04:25-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli və Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 04:45-dən 05:15-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.