Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Avqust 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 23-də saat 01:30-dan 01:40-dək və 02:00-dan 02:20-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonunun Çinari və Mosesqex kəndləri  ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ağdam kəndi ərazisində yerləşən mövqelərini;
- avqustun 22-də saat 07:15-dən 07:20-dək, 20:50-dən 20:55-dək və 22:30-dan 23:30-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 08:55-dən 09:20-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.