Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Bolqarıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sofiya şəhərində İngilis dili kursu (18 avqust-12 dekabr);
Azərbaycan  Respublikası ilə Litva arasında imzalanmış ikitərəfli  əməkdaşlıq planına uyğun olaraq Vilnüs şəhərində İngilis dili kursu (18 avqust-14 dekabr);
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli  əməkdaşlıq planına uyğun olaraq San-Antonio şəhərində Hərbi Mülki Əlaqələr kursu (magistr dərəcəli) (20 avqust 2008-26 mart 2010); Ştutqard şəhərində (Almaniya) Hərbi Hüquq xidməti zabitlərinin görüşü (25-28 avqust);
Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli  əməkdaşlıq planına uyğun olaraq Bonn şəhərində Silahlı Qüvvələrin MTT məsələləri üzrə ekspert danışıqları (25-27 avqust);
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Ankara şəhərində Uçuş Fəaliyyətinin planlaşdırılması və icrası mövzusunda təcrübə mübadiləsi (25-31 avqust);
Azərbaycan Respublikası ilə Pakistan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına  uyğun olaraq Pişavar şəhərində Təməl Hava Desant kursu (25 avqust-20 sentyabr);
Azərbaycan Respublikası ilə Böyük Britaniya  arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına  uyğun olaraq Vişkov şəhərində (Çex Respublikası) Təlimatçı hazırlığı kursu  (25 avqust-03 oktyabr)  keçirilir.  
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.